“TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi BDU-nun tələbələri ilə görüşüb

Tokio, 19 noyabr , /AJMEDIA/

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının və T3 Fondunun Azərbaycandakı rəsmi nümayəndəsi, “Bilim Bakı” Mərkəzinin direktoru Yusuf Polat Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.
AJMEDIA xəbər verir ki, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov qonağı salamlayıb, universitet haqqında ətraflı məlumat verib. “TEKNOFEST Azərbaycan” festivalına qatılan BDU komandaları və onların uğuru haqqında qonağı məlumatlandırıb. Diqqətə çatdırılıb ki, BDU-nun 9 komandası “TEKNOFEST Azərbaycan”ın final mərhələsində iştirak edib. Onlardan biri festivalda ikinci, biri isə üçüncü yerə layiq görülüb.
Daha sonra Y.Polat tələbələrə festivalın tarixindən, məqsədindən və gələn il may ayında İstanbulda keçiriləcək “TEKNOFEST 2023” yarışmasından danışıb, bütün tələbələri bu festivalda iştiraka dəvət edib. Festivala hazırlaşan tələbələr öz layihələri ilə bağlı Y.Polata müxtəlif suallar ünvanlayıblar.
Qeyd edək ki, “TEKNOFEST 2023”də iştirak məqsədilə BDU-da 20-dən çox komanda hazırlaşır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts