“TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında müsabiqə davam edir

Tokio, 27 may , /AJMEDIA/

“TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında müsabiqə davam edir.
AJMEDIA xəbər verir ki, müsabiqənin münsiflər heyəti komandaların stendlərinə baxış keçirir, qiymətləndirmələr aparırlar. Festivalda ümumilikdə 8 müsabiqə – “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Ətraf mühitin qorunması və bərpa olunan enerji mənbələri” təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilir – məktəblilər (A), tələbələr (B) və fərdi şəxslər, yaxud sahibkarlar (C). Bəzi müsabiqələr yalnız bir və ya iki kateqoriyada aparılır. Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib. Onlardan 170 komanda finala vəsiqə qazanıb.
Xatırladaq ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-dan Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına start verilib. Festival mayın 29-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts