TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Daşkənddə bir araya gəliblər

Tokio, 27 noyabr, /AJMEDIA/

Özbəkistanın paytaxtı Daşkənddə bu ölkənin Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin 6-cı görüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildiriblər ki, görüşdə TDT Baş katibinin müavini Merey Mukazhan və qurum rəhbərləri təşkilata daxil olan ölkələrin diasporlarının hazırkı vəziyyəti və gələcəyi – diasporlarla əməkdaşlığın və koordinasiyanın təkmilləşdirilməsi istiqamətində səylərin, aidiyyəti dövlət qurumları arasında təcrübə mübadiləsi proqramlarının effektivliyinin, diaspor potensialının artırılması, gənclərin iştirakı ilə keçiriləcək Türk Diaspor Forumunun təşkili ilə yanaşı, TDT-nin gənclik, iqtisadi və akademik təşəbbüslərində Türk diaspor nümayəndələrinin daha geniş iştirakının təmini məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev tədbirdə çıxış edərək, Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında əlaqələrin inkişafının son zamanlar daha da intensiv xarakter aldığını vurğulayıb, TDT çərçivəsində qəbul olunmuş Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına əsasən keçirilən ikitərəfli və çoxtərəfli görüşlərin, müxtəlif proqramların, forumların əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradıldığını qeyd edən E.Əliyev Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayında çıxışı zamanı milli kimliyin qorunmasına önəm verilməsinə diqqət çəkdiyini xatırladıb, buna uyğun olaraq Komitə tərəfindən bazar günü məktəblərinin təşviq edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2025-ci ildə Azərbaycanda TDT-yə üzv dövlətlərin diasporla iş üzrə məsul qurumlarının nümayəndələri üçün ikinci təcrübə, Çexiyada isə Türkdilli Diasporların 3-cü Potensialartırma təlim proqramlarının keçirilməsinə dair razılığa gəlinib.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan və Özbəkistan mədəniyyətlərinə dair sərgi təşkil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts