Site icon AJMEDIA Azərbaycanca

Tbilisiyə uçan Malayziya və Polşa təyyarələri duman səbəbindən Bakıya enib

Tokio, 17 dekabr , /AJMEDIA/

Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın “AirAsia” aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
Aeroportdan AJMEDIA-ya bildirilib ki, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına enib.
Həmçinin səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportu duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb.

Exit mobile version