Tokio, 11 sentyabr , /AJMEDIA/
Tbilisidəki Milli Rəsm Qalereyasında gənc azərbaycanlı rəssam Rasim Həsənovun əsərlərindən ibarət sərgi açılıb.
AJMEDIA xəbər verir ki, sərginin açılışında Gürcüstan və Azərbaycanın tanınmış incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş etdirilir.
Rəngli boya ilə çəkilmiş rəsmlərdə, eləcə də gipsdən hazırlanmış heykəltaraşlıq nümunələrində terror, müharibə və zorakılığa qarşı mübarizə əks olunur. Əsərlər böyük marağa səbəb olub.
İncəsənət xadimləri gənc rəssamın əsərlərini yüksək qiymətləndiriblər.
Qeyd edilib ki, bu əsərlərdə demokratiya, qadın azadlığı, gender bərabərliyinin təbliği müasir dövrün tələblərindən irəli gəlir. Müharibə və terrorun, əsarət və rəzalətin əks olunduğu əsərlər isə insanları sülh naminə birliyə dəvət edir.
Sərgi oktyabrın 10-dək davam edəcək.