Site icon AJMEDIA Azərbaycanca

“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov Macarıstan təmsilçisi ilə mübarizə aparacaq

Tokio, 22 yanvar, /AJMEDIA/

Yanvarın 22-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin yeddinci turunun oyunları keçiriləcək.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda macarıstanlı Riçard Rapportla qarşılaşacaq.

Qeyd edək ki, altı turdan sonra Ş.Məmmədyarov 4 xalla hindistanlı Vidit Santoş Qucrati ilə ilk iki pilləni bölüşür.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Exit mobile version