“Tarixi roman janrının banisi” adlı metodik vəsait hazırlanıb

Tokio, 17 sentyabr , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Tarixi roman janrının banisi” adlı metodik vəsait hazırlayıb.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin 150 illiyi ilə əlaqədar yazılan metodiki vəsait 4 hissədən ibarətdir.
XX əsr Azərbaycan ədəbiyyatının yaranması və inkişafında fəal iştirak edən ictimai və ədəbi fəaliyyəti ilə xalqımızın yeni mədəni həyat qurmaq uğrunda apardığı mübarizəyə xidmət göstərən M.S.Ordubadi görkəmli ədib, şair, dramaturq, publisist və ictimai xadim olub. M.S.Ordubadi Azərbaycanda azadlıq hərəkatı, köhnə patriarxal adətlərin, burjua diplomatiyasının, dünya imperializminin tənqidi kimi mövzularda əsərlər yazıb. Əməkdar incəsənət xadimi M.S.Ordubadi ədəbiyyatın bütün növlərində yazıb-yaratsa da, romanları ilə daha çox şöhrət qazanıb.
Ədəbiyyatımızda tarixi roman janrının banisi olan M.S.Ordubadi sənətkarlıq bacarığını bütün parlaqlığı və dolğunluğu ilə nümayiş etdirə bilib. Tarixi keçmişi, xalqımızın tarixinin mühüm hadisə və qəhrəmanlıqlarını dərindən öyrənib sənətkarlıqla əks etdirən ədib roman sahəsində ədəbiyyatımızda özünəməxsus yol açaraq iz qoyub.
İlk tarixi romanı “Dumanlı Təbriz” Azərbaycan nəsrinin ən yaxşı nümunələrindən olmaqla, ədibə böyük şöhrət qazandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts