Tarix Muzeyinin fonduna ötən il 40-dək maddi mədəniyyət nümunəsi daxil edilib

Tokio, 9 yanvar, /AJMEDIA/

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi-fond şöbəsinin əməkdaşları ötən il Quba, Xaçmaz, Qusar, Yardımlı və Lerik rayonlarında ekspedisiyalarda və toplama işi çərçivəsində ezamiyyətlərdə olublar. Nəticədə antik və erkən orta əsrlər dövrünə aid 40-dək maddi mədəniyyət nümunəsi muzeyin fonduna daxil edilib.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, maddi mədəniyyət nümunələrinin toplanılmasında böyük elmi işçi Laçın Mustafayev, elmi işçi Aslan Qasımov, böyük laborant Xəyalə Firuzlu xüsusi fəallıq göstəriblər.

Muzeyin fondlarının zənginləşdirilməsi istiqamətində iş davam etdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts