Tarix Muzeyində Şuşaya məxsus olan etnoqrafik mücrü qorunur

Tokio, 13 iyun , /AJMEDIA/

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin mədəniyyət beşiyi Şuşaya məxsus olan etnoqrafik mücrü qorunur.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib. Bildirilib ki, XIX əsrə aid nadir mücrü qırmızı mahud parça ilə örtülüb. Burada muncuq tikmə ilə bərabər, güləbətin tikmədən də istifadə edilib və əsrarəngiz kompozisiya yaradılıb.
Dekorativ-tətbiqi incəsənətin bütün növlərində ən qədim və çox sevilən naxış motivlərindən biri də qoşa quş təsviridir. Belə ki, burada quşlar qoşa (üz- üzə) duran sevgililər və yaxud əks istiqamətdə (yar-yardan küsdü) təsvir edilir. Bu motivlər xalq sənətkarlığında sevgililərin birləşməsi və hicran rəmzi kimi göstərilir.
Mücrülər məişətdə ətriyyat, kosmetika, kiçik aksesuarların saxlanması üçün istifadə edilirdi. Adətən ağac, metal materialdan hazırlanır, müxtəlif metodlarla bəzədilirdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts