Tokio, 16 yanvar, /AJMEDIA/
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Bərpaya və konservasiyaya ehtiyacı olan fond materiallarının bərpa və konservasiyası” işi çərçivəsində ötən il 1589 muzey eksponatı bərpa və konservasiya olunub.
AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, eyni zamanda, muzey əməkdaşlarının 11 kitabı nəşr olunub, fondlarda pasportlaşdırma işi çərçivəsində 8 min eksponatın elektron pasportu hazırlanıb.