Tarix Muzeyində “Ərçiman” xalçası qorunur

Tokio, 14 yanvar, /AJMEDIA/

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda bütün xalça məktəblərinə aid 720 ədəd xalça və xalça məmulatı qorunur.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Şirvan xalçaçılıq məktəbinə aid olan “Ərçiman” xalçası XIX əsrin sonunda Xızıda toxunub. Üzərində təsvir olunan süjeti və ornamentləri ilə nadir sənət əsəri təsiri bağışlayır.

Analoqu məlum olmayan bu xalçanın süjeti başqa xalçalarda təkrar olunmayıb. Xalçadakı süjet və naxışlar bütövlükdə xalqımızın ailə məişəti ilə bağlı adət-ənənələrini özündə əks etdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts