Site icon AJMEDIA Azərbaycanca

Tanınmış yazıçı Fərman Kərimzadə haqqında videoçarx hazırlanıb

Tokio, 14 mart , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Ülkər Zeynalova yazıçı-nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir çox filmlərin ssenari müəllifi Fərman Kərimzadə haqqında videoçarx hazırlayıb.

Baş İdarədən AJMEDIA-ya bildirilib ki, videoçarxda yazıçı ilə bağlı geniş məlumat yer alıb.

Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb.

İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi olub. Sonra “Yüksəliş” rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işləyib. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kollegiya üzvü, “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri olub. Şüvəlan Yaradıcılıq evinin direktoru işləyib. F.Kərimzadə “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” tarixi əsərlərinin, “Təbriz namusu”, “Qarlı aşırım” (bu əsərin əsasında “Axırıncı aşırım” bədii filmi çəkilib), “Qoca qartalın ölümü” və sair məşhur əsərlərin müəllifidir. F.Kərimzadə 1989-cu il martın 17-də vəfat edib.

Exit mobile version