Tanınmış alim Tofiq Məmmədovla vida mərasimi keçirilib

Tokio, 20 may , /AJMEDIA/

Botanika sahəsində tanınmış alim, “Şöhrət” ordenli, AMEA-nın Dendrologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla mayın 20-də vida mərasimi keçirilib.
AJMEDIA xəbər verir ki, Dendrologiya İnstitutunda keçirilən mərasimdə Tofiq Məmmədovun ailə üzvləri, yaxınları, Bakı Şəhər İcra Hakimiyyətinin və elmi ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Tofiq Məmmədov mayın 19-da ömrünün 66-cı ilində faciəli şəkildə vəfat edib. O, 2005-ci ilin ekologiya sahəsində “İlin adamı” adı, 2 dəfə AMEA-nın Fəxri fərmanı, 2015-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.
Tofiq Məmmədov məhsuldar elmi fəaliyyəti ilə yanaşı, öz xeyirxahlığı ilə də tanınırdı. O, şəhid və məcburi köçkün ailələrinə, I və II Qarabağ müharibələri zamanı əsgərlərimizə və qazilərimizə, aztəminatlı alimlərə və tələbələrə hər zaman öz yardım əlini uzadıb.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və gözəl insan Tofiq Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts