Taliban ölkədə manekenlərin başını kəsməyi əmr edib

Tokio, 3 yanvar, /AJMEDIA/

Əfaqnıstanda hakimiyyəti ələ keçirən Taliban hərəkatı başlı manekenlərin İslamda qadağan olunmuş bütlərlə əlaqələndirilə biləcəyindən irəli gələrək onların başını kəsməyi əmr edib.

AJMEDIA xarici KİV-lərə istinadən xəbər verir ki, müvafiq qərarı ölkənin Fəzilətin Təbliği və Pisliklərin Qarşısının Alınması Nazirliyi verib.

Qurumun Herat bölgəsindəki idarəsinin başçısı Əziz Rəhman əyalətəki mağaza sahiblərinə manekenləri müsəlman qaydalarına uyğunlaşdırmağı tapşırıb.

Nazirlik göstərişi yerinə yetirməyənləri ağır cəza gözlədiyini bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts