Site icon AJMEDIA Azərbaycanca

Taekvondoçularımız vətənə 5 medalla dönüb

Tokio, 28 avqust , /AJMEDIA/

Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Avropa çempionatında iştirak edən idmançılarımız vətənə qayıdıblar.

AJMEDIA xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları federasiya rəsmiləri, məşqçilər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

3 gün davam edən Avropa çempionatını Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.

Exit mobile version