Tacikistanın Dağ Bədəxşan Muxtar Vilayətində baş verən iğtişaşlarda səkkiz nəfər ölüb

Tokio, 19 may , /AJMEDIA/

Tacikistanın Dağ Bədəxşan Muxtar Vilayətinin Ruşan şəhərində baş verən iğtişaşlarda 8 nəfər ölüb, 11 nəfər yaralanıb, 70-dən çox etirazçı saxlanılıb.
AJMEDIA Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iğtişaşlarda ölənlərdən biri zabitdir.
Bildirilib ki, iğtişaşçılar Düşənbə-Xaroq yolunu bağlayaraq tələblərini irəli sürüblər.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır. Vilayətdə vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, Dağ Bədəxşan Muxtar Vilayəti Əfqanıstanla həmsərhəddir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts