Tacikistanda qar uçqunu nəticəsində azı 10 nəfər həlak olub

Tokio, 15 fevral , /AJMEDIA/

Tacikistanda qar uçqunu nəticəsində azı 10 nəfər həyatını itirib.
AJMEDIA Tacikistan Fövqəladə Hallar Komitəsinin məlumatına istinadla xəbər verir ki, hadisə fevralın 15-də Düşənbə-Varzob avtomobil yolunun 65,8-ci kilometrində baş verib. Qar uçqununun altında dörd minik avtomobili qalıb, sürücülərdən biri həlak olub.
Təbii fəlakət, həmçinin respublikanın şərqində yerləşən Dağlıq-Badaxşan muxtar vilayətində doqquz nəfərin həyatına son qoyub. Ölüm hallarının səkkizi vilayətin inzibati mərkəzi – Horoq şəhərində, biri isə Vanc rayonunda qeydə alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts