Tacikistan məktəblərində qış tətili ikinci dəfə uzadılıb

Tokio, 14 yanvar , /AJMEDIA/

Təşkilati-hüquqi formasından asılı olmayaraq, Tacikistanın bütün təhsil müəssisələrində (məktəbəqədər və ümumi təhsil müəssisələrində) anomal soyuqlar səbəbindən qış tətili yanvarın 20-dək uzadılıb.
AJMEDIA Tacikistan mətbuatına istinadla xəbər verir ki, bu barədə respublikanın Təhsil və Elm Nazirliyinin mətbuat mərkəzi məlumat verib.
Tacikistanın təhsil müəssisələrində ongünlük qış tətili yanvarın 1-dən başlayıb. Lakin anomal soyuq hava şəraiti ilə əlaqədar olaraq tətil əvvəlcə yanvarın 16-dək uzadılmışdı.
Düşənbədə termometrlər hazırda mənfi 7 dərəcəni göstərir. Proqnozlara görə, bu gecə 15 dərəcə şaxta gözlənilir. Adətən bu vaxtlar Düşənbədə havanın temperaturu müsbət olurdu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts