Təhsil Nazirliyi: Avropa riyaziyyat kubokunda məktəblilərimiz uğurla çıxış edib

Tokio, 5 may , /AJMEDIA/

Xorvatiya Gənc İstedadlı Riyaziyyatçılar Assosiasiyasının təşkil etdiyi və 31 ölkədən 100-dən çox məktəblinin qatıldığı X Avropa riyaziyyat kuboku müsabiqəsində Azərbaycan məktəbliləri uğurla çıxış ediblər.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, nəticələrə əsasən, 4 məktəbli II dərəcəli, 3 məktəbli isə III dərəcəli diploma layiq görülüb. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Cəlil Hüseynov, Fidan Qarayeva, XI sinif şagirdi Toğrul Abbasov və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Fidan Cəfərli II dərəcəli, nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Anar Mehdiyev, XI sinif şagirdləri Muhamməd Nuriyev, Amin Cəfərzadə və Bakı şəhəri 72 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavad İsmayılzadə III dərəcəli diplom qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts