Tokio, 10 yanvar, /AJMEDIA/
İtaliyada keçirilən şahmat festivalı başa çatıb.
AJMEDIA xəbər verir ki, yarışın güclü A turnirində Azərbaycan şahmatçıları Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparıblar. Təmsilçilərimizin hər ikisi turnirdə 5 xal toplayaraq 36-50-ci yerləri bölüşüblər.
A turnirində 30-u qrosmeyster olmaqla, 124 şahmatçı mübarizə aparıb.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olub.