Site icon AJMEDIA Azərbaycanca

Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb

Tokio, 3 mart , /AJMEDIA/

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.

AJMEDIA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Təhsilin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib. Fondun Nizamnamə fondu 1 (bir) milyon manat təşkil edir və nazirlik tərəfindən tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar hesabına təmin olunur.

Qeyd edək ki, qərar “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanının 1-ci hissəsinin və 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Exit mobile version