Site icon AJMEDIA Azərbaycanca

Təhsil işçiləri “Şagird-məzun” sistemindəki yeniliklər barədə məlumatlandırılıb

Tokio, 2 dekabr , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları tərəfindən Qarabağ, Mərkəzi Aran və Dağlıq Şirvan regional təhsil idarələrinin və tabeliklərində rayon təhsil sektorlarının məsul şəxsləri, həmçinin ümumi təhsil məktəblərinin “Şagird-məzun” sistemi üzrə əlaqələndiriciləri üçün 2022/2023-cü tədris ili üzrə təqvim planı və digər məsələlərlə bağlı seminarlar keçirilib.
DİM-dən AJMEDIA-ya bildirilib ki, Dövlət informasiya resursları departamentinin Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunun müdiri Rəfail Məmmədov “Şagird-məzun” sistemindəki yeniliklər və onlardan istifadə qaydaları barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilib və iştirakçıların sualları cavablandırılıb.

Exit mobile version