Şuşanın mədəniyyət işçiləri şəhid ailəsinə baş çəkiblər

Tokio, 20 iyun , /AJMEDIA/

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Mədəniyyət evi və Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evinin kollektivi şəhid polkovnik leytenant Zaur Hüseyn oğlu Cəfərovun ailəsini ziyarət edib.
İdarədən AJMEDIA-ya bildirilib ki, 44 günlük Vətən müharibəsində iştirak edən Zaur Cəfərov oktyabrın 10-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman igidimizin 3 övladı yadigar qalıb. Şuşanın mədəniyyət işçiləri daim şəhidin ailəsinin qonağı olur, onların qayğıları ilə maraqlanır, dəstək olurlar.
Bu dəfə də kollektiv şəhidin ailəsinə maddi və mənəvi dəstək göstərib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Zaur Cəfərov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts