Site icon AJMEDIA Azərbaycanca

Şuşanın 270 illik yubileyinə əfsanə həsr olundu

Tokio, 17 mart , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu Sevinc Ağa Xəlilqızı “Şuşa İli” çərçivəsində Şuşanın 270 illik yubileyinə Vətən müharibəsində qazanılan Zəfərə “Şuşa və Zəfər sevdası” əfsanəsini həsr edib.

AJMEDIA xəbər verir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Zəfərlə başa çatan bu müharibəyə, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizə şeir, poemalar, hekayələr, povestlər yazılıb.

Əfsanədə qədim Türk yurdu olan Qarabağın gözəllikləri, Şuşa şəhərinin əsasının qoyulması, Zəfər xanın və Şuşa xanımın bu diyarı göz bəbəyi kimi qorumaları öz əksini tapıb. Əfsanədə qeyd olunur ki, bu diyar bir müddət kafirlərin işğalı altında qalıb. 44 gün, 44 gecə davam edən döyüşdən sonra doğma Qarabağ və Şuşa azad olunub.

Əfsanənin mətni kitabxananın rəsmi internet səhifəsində yerləşdirilib:

http://yasamal.cls.az/front/files/libraries/81/documents/143236284.pdf

Exit mobile version