Şuşanın 2026-cı ildə İƏT turizm paytaxtına namizədliyi irəli sürüləcək

Tokio, 24 yanvar , /AJMEDIA/

Azərbaycanın İƏT-ə sədrliyi çərçivəsində Şuşanın 2026-cı ildə İƏT turizm paytaxtına namizədliyi irəli sürüləcək.
AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, eyni zamanda, sədrlik çərçivəsində Bakıda İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin yaradılması, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts