“Şuşa İli”nə həsr olunan şahmat turnirinin qalibləri mükafatlandırılıb

Tokio, 7 dekabr , /AJMEDIA/

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin İntellektual inkişaf şöbəsinin dərnək üzvləri və şəhər məktəbliləri arasında “Şuşa İli”nə həsr olunan şahmat turniri keçirilib.
Mərkəzdən AJMEDIA-ya bildirilib ki, turnirin keçirilməsi dərnək üzvləri və məktəblilər arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək və geniş yaymaq, güclü şahmatçıları üzə çıxarmaq, eyni zamanda, məktəblilərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etmək məqsədi daşıyıb.
Turnir Azərbaycan Şahmat Federasiyasının qaydalarına uyğun olaraq İsveçrə sistemi ilə 7 turdan ibarət olmaqla keçirilib. Oyun zamanı hər iştirakçıya 10 dəqiqə vaxt verilib.
Qeyd edək ki, turnirə şahmat dərnəyinin rəhbərləri Vasif Abdullayev və Vüqar Hüseynov nəzarət ediblər.
Sonda “Şuşa İli”nə həsr olunan şahmat turnirinin qaliblərinə diplom, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts