“Şuşa İli”: Milli mədəniyyətimizin Şuşa salnaməsi

Tokio, 1 dekabr , /AJMEDIA/

“Şuşa İli” çərçivəsində tədbirlər planına uyğun olaraq, mədəniyyət müəssislərində təşkil edilən tədbirlər davam edir.
Bu məqsədlə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində respublikanın ali təhsil müəssisələri, elmi təşkilatları və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Milli mədəniyyətimizin Şuşa salnaməsi” adlı elmi-praktiki konfrans keçirilib.
Bu barədə Azərbaycan Dövlət Teatr Muzeyindən AJMEDIA-ya bildirilib.
Konfransda muzeyin direktoru Sevinc Milkayılova çıxış edərək, mövzunun aktuallığından və əhəmiyyətindən danışıb. Ardınca Qarabağ və Şuşa mövzusuna aid muzey eksponatları əsasında hazırlanmış videoçarx izlənilib.
Konfransda sənətşünaslıq doktoru, professor Aydın Talıbzadə “Dilin tanıtdığı müqəddəs Şuşa – semantik rekonstruksiya”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova “Şuşa musiqiçilərinin irsi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin interpretasiyasında”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Mərziyyə Nəcəfova “Azad Şuşa obrazı – Vətənpərvərliyin və milli qürurun poetik ifadəsi”, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Zeynalova “Koroğlu, Qaçaq Nəbi və Osmanlı paşalarının obrazları Şuşada toxunmuş Qarabağ xalçalarında”, Xəzər Universitetinin müəllimi Mədinə Karahan “Əhməd bəy Ağaoğlu şəxsiyyət kimi”, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli “Qarabağda aşkarlanmış muzey sərvətlərində erməni saxtakarlığı”, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Quruçay mədəniyyəti və onun yayılma arealı”, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin böyük elmi işçisi Əli Abuzərov “Şuşa şəhərinin muzey turizmi potensialı” və digər mövzularda məruzələr dinlənilib.
Konfrans məruzələr ətrafında diskussiyalarla davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts