Suriya ərazisində daha 19 terrorçu zərərsizləşdirilib

Tokio, 1 may , /AJMEDIA/

Türkiyə Silahlı Qüvvələri PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində daha 19 terrorçu zərərsizləşdirilib.
AJMEDIA xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, terrorçulardan üçü “Sülh çeşməsi”, 16-ı isə “Zeytun budağı” antiterror əməliyyatlarının keçirildiyi bölgələrdə məhv edilib.
Onların Türkiyə Ordusunun hərbiçilərinə qarşı terror aktı planlaşdırdığı müəyyən edilib.
Suriya ərazisində aparılan bu əməliyyatlar davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts