Site icon AJMEDIA Azərbaycanca

Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulmasına 17 milyon manat ayrılıb – SƏRƏNCAM

Tokio, 4 dekabr , /AJMEDIA/

Prezident İlham Əliyev “Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AJMEDIA xəbər verir ki, Sərəncama əsasən, 80 kilometr uzunluğu olan Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 17 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Exit mobile version