“Superbet Chess Classic” şahmat turniri: Şəhriyar Məmmədyarov Yan Nepomnyaşi ilə qarşılaşacaq

Tokio, 12 may , /AJMEDIA/

Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin yeddinci turunun oyunları keçiriləcək.
AJMEDIA xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda Rusiya şahmatçısı Yan Nepomnyaşi ilə mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız iki xalla sonuncu yerdədir. Onun rəqibi isə üç xala malikdir. Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts