Tokio, 14 yanvar , /AJMEDIA/
Ölkənin əksər bölgələri olduğu kimi, Sumqayıt da ağ rəngə boyanıb. Şəhərdə gecə saatlarından yağan qar hazırda da davam edir. Yollarda hərəkətin təmin olunması məqsədilə gecədən yolların qardan təmizlənməsinə başlanılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AJMEDIA-ya bildiriblər ki, yolların təmizlənməsi üçün xeyli sayda texnika və canlı qüvvə cəlb edilərək, təmizlənmə işləri aparılıb. Eyni zamanda, səkilər qardan təmizlənir. Şəhərin qaz, su və işığın fasiləsiz təminatı ciddi nəzarətdə saxlanılır, hər hansı bir fəsad ortaya çıxarsa, dərhal aradan qaldırılması üçün xüsusi briqadalar ayrılıb. İstirahət günü olmasına baxmayaraq, bütün lazımi tədbirlər görülür ki, sakinlərin rahatlığı təmin edilsin.
Ümumiyyətlə, şəhərin bütün vacib strukturları normal iş rejimində çalışır.