Site icon AJMEDIA Azərbaycanca

Sumo üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Tokio, 15 sentyabr, /AJMEDIA/

Tailandın paytaxtı Bankokda keçirilən sumo üzrə dünya çempionatında yarışın rəsmi bayrağı Azərbaycana təqdim edilib.

Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından AJMEDIA-ya bildirilib ki, bayrağı ölkəmiz adından qurumun vitse-prezidenti Ülvi Ağamirov təhvil alıb.

Qeyd edək ki, gələn il sumo üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Exit mobile version