Sülhməramlıların altı avtomobili Laçın istiqamətinə gedib

Tokio, 25 mart , /AJMEDIA/

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
AJMEDIA xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus dörd təminat və iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts