Sülhməramlıların 30 avtomobili aksiya ərazisindən maneəsiz keçib

Tokio, 20 mart , /AJMEDIA/

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
AJMEDIA xəbər verir ki Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 25 təminat-təchizat və üç minik avtomobil aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların bir minik və bir təminat avtomobili Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts