Site icon AJMEDIA Azərbaycanca

Sülhməramlıların daha iki avtomobilinin aksiya ərazisindən keçidi təmin edilib

Tokio, 21 yanvar , /AJMEDIA/

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 41-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus iki minik avtomobilin Xankəndidən Laçın istiqamətinə doğru sərbəst hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Exit mobile version