Site icon AJMEDIA Azərbaycanca

Sülhməramlılara aid növbəti avtomobillərin aksiya ərazisindən sərbəst keçidi təmin olunub

Tokio, 9 aprel , /AJMEDIA/

Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən Rusiya sülhməramlılarına məxsus avtomobillər maneəsiz hərəkət edirlər.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 3 minik və 10 təminat-təchizat avtomobilinin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 27 avtomobil keçib.
Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu humanitar məqsədli bütün avtomobillər və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda ekologiyanın çirkləndirilməsinə qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 119 gündür davam edir.

Exit mobile version