Tokio, 26 avqust , /AJMEDIA/
“StudentFest 2023” tələbə düşərgəsinin dövlət və ictimai münasibətlər, jurnalistika və kommunikasiya, incəsənət ixtisaslarında təhsil alan tələbələr düşərgəsinin açılış mərasimi keçirilib.
Bu barədə AJMEDIA-ya “Bir Könüllü” Tələbə Təşkilatından məlumat verilib.
Mərasimdə təşkilat rəhbəri Leyla Zeynalova həmin düşərgələrin tələbələrin şəxsi inkişafı, həmçinin gələcək karyeraları üçün önəmli töhfə verəcəyindən bəhs edib.
Sonra tələbələr üçün Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərovanın təqdimatında “Beynəlxalq jurnalistikada yeni trendlər və problemlər” və Sosiologiya Akademiyasının rəhbəri Mail Yaqubun təqdimatında “Proaktiv insan” mövzusunda təlim sessiyası təşkil olunub.
İlk təlim çərçivəsində müstəqil media, sosial media tətbiqlərinin rolu, dezinformasiya, jurnalistikada etik problemlər və yeniliklər kimi mövzular müzakirə olunub. Eyni zamanda, digər aktual jurnalistika məsələləri və jurnalistika sahəsindəki son yeniliklər paylaşılıb.
İkinci təlim çərçivəsində isə iştirakçılara proaktivliyin əhəmiyyəti, müstəqil fikir formalaşdırmağın və təşəbbüs göstərməyin təcrübələri bölüşülüb və tövsiyələr verilib