“Start-2023” film müsabiqəsinə yekun vurulub

Tokio, 4 may , /AJMEDIA/

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyata keçirdiyi “START-2023” film layihəsi müsabiqəsinə yekun vurulub.
AJMEDIA xəbər verir ki, müsabiqənin qalibləri kinostudiyanın nəzdində yaradılmış ekspert şurası tərəfindən seçilib.
Ekspert şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edir. Şuranın üzvləri filologiya üzrə fəlsəfə doktoru, ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir.
Qeyd edək ki, mayın 5-də Nizami Kino Mərkəzində kinostudiyanın direktorunun və ekspert şurasının üzvlərinin iştirakı ilə mətbuat konfransı təşkil ediləcək. Mətbuat konfransında qaliblərə diplomlar təqdim olunacaq.
Xatırladaq ki, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq və bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədilə təşkil edilmiş müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub. Film müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Müsabiqədə janr və mövzu məhdudiyyəti qoyulmayıb.
Qalib layihələrin növbəti illər ərzində kinostudiyada istehsala buraxılması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts