SPECA Çoxtərəfli Etimad Fondunun təqdimatı olub

Tokio, 21 noyabr, /AJMEDIA/

COP29 çərçivəsində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Çoxtərəfli Etimad Fondunun təqdimatı keçirilib.

AJMEDIA xəbər verir ki, iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov vurğulayıb ki, 14 noyabr tarixində COP29 çərçivəsində keçirilmiş SPECA Nazirlər Görüşündə elan olunan Fond aid olduğu regionun çağırışlarının həlli istiqamətində mühüm təşəbbüsdür. Qurum çevik və inklüziv platforma kimi əsas sahələr üzrə praktiki addımlara imkan yaratmaq üçün nəzərdə tutulub. Bunlara ticarət əlaqələrini inkişaf etdirmək, iqlim problemlərinə qarşı davamlılığı artırmaq, innovasiya və rəqəmsal transformasiyanı təşviq etmək daxildir. Fond iqlim və davamlı inkişaf problemlərini həll etməyə yönəlmiş effektli layihələrin reallaşdırılması üçün vasitələr təqdim edir. Qurum SPECA dövlətləri arasında iqtisadi inteqrasiyanı və institusional imkanları gücləndirən layihələri dəstəkləyəcək. Beynəlxalq təşkilatlar, inkişaf bankları və özəl sektorla sıx əməkdaşlıq edilməklə problemlərin effektiv həlli üçün resurslar və təcrübə səfərbər ediləcək.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Fondun SPECA ölkələri üçün əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, qurumun regional əməkdaşlıq və uğur nümunəsinə çevrilməsi üçün birgə səyləri gücləndirmək lazımdır.

Dmitri Mariyasin tərəfindən Fondun əməliyyat strukturu və potensial təsir sahələrini ehtiva edən təqdimatı keçirilib, bu yöndə müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts