“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tviteri alıb

Tokio, 26 aprel , /AJMEDIA/

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tviter sosial şəbəkəsini alıb.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, o, bunun üçün 44 milyard ABŞ dolları ödəyib.
Tviter sosial şəbəkəsinin rəhbərliyi məlumatı təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl İlon Mask tviterin qərargahını evsizlər üçün sığınacağa çevirməyi təklif edib. Amerikalı milyarder şirkətin San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacağa çevirməklə bağlı sosial şəbəkədə sorğu keçirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts