Sorğu: Fransızların 70 faizi Makronun yaxşı prezident olmadığını düşünür

Tokio, 29 mart , /AJMEDIA/

Odoxa sosial sorğu institutunun barometrinə görə, fransızların 70 faizi Emmanuel Makronun yaxşı prezident olmadığı qənaətindədir.
AJMEDIA xəbər verir ki, sorğunun nəticələrinə əsasən, son bir ay ərzində Fransa prezidentinin populyarlıq reytinqi kəskin şəkildə azalıb. “Emmanuel Makron yaxşı prezidentdirmi” sualına respondentlərin 70 faizi “yox” cavabı verib. Rəyi soruşulanların 71 faizi isə pensiya islahatı ilə bağlı referendumun keçirilməsinin tərəfdarıdır.
Artıq Emmanuel Makron öz düşərgəsində də tənəzzülə uğrayıb. Belə ki, onun hərəkətlərinə rəğbətlə yanaşan İntibah (Renaissance) partiyasının tərəfdarları arasında da narazılıqlar baş qaldırıb. Makronu hələlik yalnız respublikaçılar dəstəkləyir.
Odoxanın media üçün apardığı sosial sorğu göstərir ki, pensiya islahatının əleyhinə olan solçular respondentlərin daha çox rəğbətini qazanıblar. Sorğuda iştirak edənlərin 71 faizi pensiya ilə bağlı ümumi təşəbbüs referendumunun tərəfdarı olduğunu, 67 faizi isə yaş həddinin artırılmasının əleyhinə səs verəcəyini bildirib.
Sorğu martın 22-23-də 1004 fransız arasında aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts