Son sutkada COVID-19 infeksiyasına 5 yoluxma qeydə alınıb

Tokio, 22 mart , /AJMEDIA/

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 yoluxma qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 922 nəfər müalicə olunaraq sağalıb, 10 min 153 nəfər vəfat edib. Aktiv xəstə sayı 209 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 441, bu günə qədər isə ümumilikdə 7 milyon 550 min 795 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts