Son iki sutkada Ukrayna hərbi hava qüvvələri İrana məxsus 84 dronu məhv edib

Tokio, 3 yanvar , /AJMEDIA/

Yeni ilin ilk iki günündə Ukraynanın hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan 84 kamikadze dronunu məhv edib. Bu isə rus qoşunları tərəfindən atılan kamikadze dronlarının 100 faizidir.
AJMEDIA xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının spikeri Yuri İqnat məlumat verib.
O qeyd edib ki, sentyabr ayından bəri Ukrayna qüvvələri düşmənin 500-ə yaxın pilotsuz uçuş aparatını məhv edib.
“Pilotsuz təyyarələrin hamısını məhv etmək üçün hazırlaşacağıq. Pilotsuz təyyarələri vururuq. Gördüyünüz kimi, iki günə – bu, Yeni il gecəsidir və Yeni ildən sonra 84 pilotsuz uçuş aparatının hamısı (100 faiz) hava hücumundan müdafiə vasitələri ilə vurulub. Belə nəticələr heç vaxt olmayıb. Sentyabrın 11-dən bəri məhv edilən pilotsuz uçuş aparatlarının sayı 500-ə qədərdir”, – deyə İqnat əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts