Son iki həftədə Qazaxıstana gələn Rusiya vətəndaşlarının sayı 200 mini ötüb

Tokio, 4 oktyabr , /AJMEDIA/

Rusiyada səfərbərlik elan edildikdən sonra Qazaxıstana daxil olan RF vətəndaşlarının sayı 200 min nəfəri ötüb.
AJMEDIA Kazinform agentliyinə istinadla xəbər verir ki, bunu Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov hökumətin iclasından sonra jurnalistlərə deyib.
“Vəziyyət nəzarət altındadır. Sentyabrın 21-dən bəri Rusiyadan ölkəmizə təxminən 200 min nəfər daxil olub, 147 min nəfər isə geri qayıdıb”, – Marat Axmetjanov belə deyib. Onun sözlərinə görə, sərhədi keçən insanlar üçün heç bir məhdudiyyət tətbiq olunmur.
Bu ərəfədə Baş nazirinin müavini, maliyyə naziri Yerulan Jamaubayev bildirib ki, Qazaxıstanda Rusiya rublunun həddindən artıq çoxluğu müşahidə edilmir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts