Şolts martın 18-də Yaponiyaya səfər edəcək Olaf Şolts

Tokio, 11 mart , /AJMEDIA/

Almaniya kansleri Olaf Şolts martın 18-də Yaponiyaya səfər edəcək.

AJMEDIA xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bu gün keçirilən ənənəvi mətbuat konfransında bildirib.

Bildirilib ki, Şolts iki ölkə arasında geniş formatda məsləhətləşmələrdə iştirak edəcək.

“Həmçinin səfər çərçivəsində ölkə liderləri arasında ikitərəfli görüş keçiriləcək” – deyə Hirokazu Matsuno əlavə edib.

O da əlavə olunub ki, ikitərəfli münasibətlər və digər məsələlərlə yanaşı, Yaponiyanın sədrliyi ilə may ayında Hiroşimada keçiriləcək G7 sammitinə hazırlıq məsələləri müzakirə ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts