Site icon AJMEDIA Azərbaycanca

SOCAR-ın Türkiyədəki törəmə müəssisələri mükafata layiq görülüb

Tokio, 28 mart , /AJMEDIA/

SOCAR-ın Türkiyədəki törəmə müəssisələri – “STAR” NEZ və “SOCAR Petrol Ticaret” İstanbul Kimyəvi Maddə və Məhsul İxracatçıları Birliyi tərəfindən verilən 2021-ci il “İxracatın Ulduzları” mükafatının Mineral Yanacaqlar kateqoriyasında iki mükafata layiq görülüb.

Şirkətdən AJMEDIA-ya bildirilib ki, “SOCAR Petrol Ticaret” birinci, “STAR” NEZ isə ikinci yerin sahibi olub. “SOCAR Türkiyə”nin iki törəmə müəssisəsi növbəti dəfə əsas ixracatçılar sırasında lider mövqeyini gücləndirib.

Exit mobile version