Site icon AJMEDIA Azərbaycanca

SOCAR ilə İran şirkətləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Tokio, 31 may, /AJMEDIA/

SOCAR-ın prezidenti Rövşən Nəcəf İranın neft nazirinin kommersiya məsələləri və beynəlxalq əlaqələr üzrə müavini Seyid Əli Məhəmməd Musəvi ilə görüşüb.

AJMEDIA SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib, bu xüsusda, SOCAR ilə İran şirkətləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Exit mobile version