Site icon AJMEDIA Azərbaycanca

Snayperlərimiz beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

Tokio, 23 avqust , /AJMEDIA/

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, Azərbaycan snayperləri “Cütlər sıralaması” mərhələsinin “Şəhər əməliyyatı” və “Tənzimləmə” çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər.
Çalışmalar zamanı snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkarlanaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Exit mobile version