Sloveniyada kimya zavodu partlayıb, 20-dən çox yaralı var

Tokio, 12 may , /AJMEDIA/

Sloveniyanın cənubundakı Koçevye şəhərində kimya zavodunda partlayış baş verib.

AJMEDIA xəbər verir ki, hadisə nəticəsində 20-dən çox insan xəsarət alıb.

Ağır yanıq xəsarətləri alan iki nəfər paytaxt Lyublyanada xəstəxanaya aparılıb. Partlayış nəticəsində zavodun binasına ciddi ziyan dəyib.

Partlayışdan sonra zavodda yanğın başlayıb, bir müddət sonra yanğının qarşısını almaq mümkün olub.

Həmin zavod tikinti və tekstil sənayesi üçün qatran istehsal edir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts