Site icon AJMEDIA Azərbaycanca

Slovakiyada keçirilən prezident seçkilərində Pelleqrini qalib gəlib

Tokio, 7 aprel , /AJMEDIA/

Slovakiya Milli Şurasının (parlamentinin) sədri, “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini Slovakiya prezidenti seçilib.

AJMEDIA xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.

Bülletenlərin 99,8%-nin hesablanmasının nəticələrinə əsasən, seçicilərin 53,18%-i P.Pelleqrininin lehinə, 46,81%-i isə onun rəqibi – Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, liberal müxalifətin nümayəndəsi İvan Korçoka səs verib.

Korçok seçkilərdə məğlub olduğunu etiraf edib və Pelleqrinini dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Exit mobile version